Azərbaycan indiyədək gənclərin xaricdə təhsilinə 60 mln. manatdan çox vəsait xərcləyib
- 15.10.2013, 15:48,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanın 2007-2013-cü illərdə xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində 1 825 nəfər azərbaycanlı gənc nüfuzlu xarici universitetlərdə təhsil almaq üçün göndərilib.
Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, 2013-2014-cü tədris ili üçün 766 nəfər gənc xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb və bu proses hazırda davam edir. Artıq 550-dən çox məzun Təhsil Nazirliyində qeydiyyatdan keçib. Onların böyük əksəriyyəti Azərbaycanda dövlət və özəl müəssisələrdə müvəffəqiyyətlə çalışırlar. Bəziləri isə təhsilini növbəti səviyyə üzrə dövlət proqramı çərçivəsində xaricdə davam etdirir.
Nazirlikdən bildirilib ki, dövlət proqramı Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilir. Belə ki, 2013-cü il üçün Fond tərəfindən proqramın maliyyələşdirilməsinə 34 mln. manat (bu günədək 60 mln. manatdan çox vəsait xərclənib) vəsait ayrılıb. Bu vəsait hesabına həm hazırda dövlət proqramı çərçivəsində xaricdə təhsil alanların təhsilinin maliyyələşdirilməsi aparılır, həm də bu il yeni qəbul olunacaq tələbələrin təhsilinin maliyyələşdirilməsi həyata keçiriləcək. Xaricdə dövlət hesabına təhsil alan tələbələrə Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş aylıq təqaüdlər verilir və onların yaşayış yerlərini seçmələri sərbəstdir.