Gürcüstanın keçmiş müdafiə naziri Fransada saxlanılıb
- 15.10.2013, 18:55,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Gürcüstanın keçmiş müdafiə naziri David Kezeraşvili İnterpol-un xətti ilə Fransada saxlanılıb. Trend-in məlumatına görə, bu barədə xəbəri Gürcüstan DİN təsdiqləyir, lakin saxlanılmanın təfərrüatlarını açıqlamır.
Kezeraşviliyə qarşı ilin əvvəlində irəli sürülən ittihamdan sonra o, İnterpol tərəfindən axtarışda olub.
Hazırda Kezeraşvili məhkəmə qarşısına çıxarılcaq. Bundan sonra məhkəmə onun ekstradisiya olunub-olunmaması haqqında qərar qəbul edəcək.
Müstəntiqlər Kezeraşvilinin müdafiə naziri postunda çalışarkən dövlətə dəymiş ziyanı 50 milyon dollar həcmində qiymətləndiriblər. Onların məlumatına görə, keçmiş nazirin özü isə fırıldaqçılıqla qeyri-qanuni 12 milyon dollardan çox vəsait mənimsəyib.