Moskva sakini Yeqor Şerbakovun qətlində şübhəli bilinən Orxan Zeynalov ilkin dindirmə zamanı qətli törətdiyini etiraf edib
- 16.10.2013, 01:00,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Moskvanın Qərbi Biryulyovo rayonunun sakini Yeqor Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov ilkin dindirmə zamanı qətli törətdiyini etiraf edib.
APA-nın verdiyi məlumata görə, bu barədə Rusiya DİN-in Moskva şəhəri üzrə Baş İdarəsindən bildirilib.
Orxan Zeynalov müvəqqəti saxlanma təcridxanasına yerləşdirilib.
Qeyd edək ki, 1982-ci il təvəllüdlü Orxan Zahid oğlu Zeynalov Moskva ətrafı vilayətdə, Kolomna şəhərində xüsusi təyinatli SOBR dəstələri tərəfindən saxlanılıb.
__________
Moskvanın Qərbi Biryulyovo rayonunun sakini Yeqor Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov vertolyotla Rusiya DİN-in Moskva şəhəri üzrə Baş İdarəsinə gətirilib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Baş İdarənin mətbuat xidmətinin açıqlamasında bildirilir.
Orxan Zeynalov müvəqqəti saxlanma təcridxanasına yerləşdirilib.
APA-nın verdiyi xəbərə görə, Orxan Zeynalov Moskva ətrafı vilayətdə, Kolomna şəhərində saxlanılıb.
_____
Rusiya paytaxtında kütləvi iğtişaşlarla nəticələnən 25 yaşlı Yeqor Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov saxlanılıb və vertolyotla Moskvaya gətirilib.
APA xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin yaydığı məlumatda onun Moskva ətrafı vilayətdə saxlanıldığı bildirilib.
Məlumatda onun Moskva ətrafı vilayətdə, Kolomna şəhərində saxlanıldığı bildirilib. Orxan Zeynalov saxlanılan zaman hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərib. Rusiya Təhqiqat Komitəsi 1982-ci il təvəllüdlü Orxan Zeynalovun 10 ildən çox Rusiyada yaşadığını, taksi fəaliyyəti ilə məşğul olduğunu və alkoqollu içkiyə meylli olduğunu bəyan edib.
Qeyd edək ki, Rusiya paytaxtında oktyabrın 10-da 25 yaşlı gəncin qafqazlı şəxs tərəfindən qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus milliyyətçisi və “skinhed”lər Biryulevo rayonunda yerləşən “Biryuza” ticarət mərkəzi və “Pokrov” meyvə-tərəvəz bazasına hücum edərək, ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asyadan olan miqrantları ölümcül döyüb. Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib. “Skinhed”lər polislərə də müqavimət göstərib. Onlar ticarət mərkəzində yerləşən mağazalara, ətrafdakı obyektlərə və avtomobillərə ciddi zərər vurub. Rus milliyyətçilərinin törətdiyi iğtişaşlar nəticəsində xeyli sayda miqrant və yerli sakin yaralanıb.