«Azercell»: Mobil Nömrələrin Daşınması Sisteminə tezliklə start verəcəyik
- 17.10.2013, 12:31,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telekom» şirkəti tezliklə Mobil Nömrələrin Daşınması Sistemini (Mobile Number Portability - MNP) istifadəyə verəcək. Bunu APA-ya açıqlamasında «Azercell Telekom» şirkətinin prezidenti Kiril Qaburiç bildirib: «Bu sistemin tətbiqi ilə bağlı işlər demək olar ki, yekunlaşır. Biz bu haqda mövqeyimizi açıqlamışıq».
MNR sisteminin tətbiqinin ləngiməsinə gəlincə isə şirkət rəhbəri qeyd edib ki, bu sahədə təkcə «Azercell» şirkəti deyil, digər mobil operatorlar da iş aparır: «Bu, olduqca böyük işdir. Artıq son testləri edirik və tezliklə bu sistemi istifadəyə verəcəyik».
Xatırladaq ki, Azərbaycanda MNP xidmətləri çərçivəsində mobil rabitə operatorları üzrə telefon nömrələrinin abunəçinin istəyinə uyğun olaraq digər operatorun şəbəkəsinə daşınması mexanizminin tətbiqi nəzərdə tutulur. «Daşınan nömrələr» xidmətinin köməyi ilə abunəçilər operatorun dəyişdirilməsi zamanı telefon nömrələrini saxlamaq imkanı əldə edirlər. Nömrələrin köçürülməsi operatora ayrılan prefikslə birlikdə (050, 051, 055, 070 və ya 077) abonent nömrəsinin tam miqrasiyasını nəzərdə tutur. Xidmətin tətbiqi abonentlərə operatoru dəyişəcəyi təqdirdə, telefon nömrələrini saxlamaq imkanı verəcək. Bu isə o deməkdir ki, abunəçinin operatoru dəyişəcəyi halda, yeni nömrə almaq, köhnə nömrəsinin yaddaş kitabçasında olan nömrələri köçürmək və nömrənin dəyişməsi barədə öz yaxınları, biznes tərəfdaşları və həmkarlarına məlumat göndərmək zərurəti qalmayacaq.