Toyda qanqaraçılıq

Ötən gün Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində bıçaqlanma olub. ANS-in bölgə müxbirinin verdiyi məlumata görə, axşam saat 21:00 radələrində Aşağı Nüvədi qəsəbəsində iki sərxoş həmkəndlinin toyda başlanan mübahisəsi sonda bıçaqlanma ilə nəticələnib. 40 yaşlı Nadir Söhrab oğlu Əliyev özündən 12 yaş kiçik həmkəndlisi, iki uşaq atası Orxan Yaqubəli oğlu Mirzəyevi bıçaqlayıb. Yaralını xəstəxanaya çatdırıblar. Hazərda onun vəziyyəti ağırdır.

Hadisəni törətməkdə şübhəli bilinən Nadir Əliyev polisə könüllü təslim olub. Zərərçəkənin əmisioğlu Natiq Mirzəyev bildirib ki, hadisənin baş verməsinə araq üstə düşən mübahisə səbəb olub. Orxan gedib öz pulu ilə araq alıb, qoyub öz stoluna. Nadir Əliyev da arağı götürüb. Orxan ona yaxınlaşıb, “arağı mən öz pulumla almışam, qonaqlar üçün niyə aparırsan”, - deyib. Nadir də “Yaxşı edirəm, - deyərək arağı sındırıb. Buradan da mübahisə yaranıb”, - deyə Natiq Mirzəyev bildirib.

Faktla bağlı Lənkəran şəhər polis şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci, qəsdən sağlamlığa ağır zərərvurma maddəsilə cinayət işi başlanıb, istintaq gedir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri