Məhkəmə Orxan Zeynalov barəsində iki aylıq həbs qətimkan tədbiri seçib

Moskvanın Presnenski Rayon Məhkəməsi 25 yaşlı Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, məhkəmə zalında ifadə verən O. Zeynalov qətli törətmədiyini bildirib. O, müstəntiqlərə ilkin ifadəni fiziki təzyiq altında verdiyini söyləyib.

Orxan Zeynalov pul qarşılığı müqabilində zaminə buraxılmasını istəsə də, məhkəmə bu istəyi təmin etməyib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri