Rusiya XİN: Azərbaycan səfirinin bəyanatı bizi təəccübləndirdi

“Azərbaycanın Moskvadakı səfirinin Rusiyada anti-Azərbaycan isterikasının qızışdırılması haqda bəyanatı əsassızdır və uydurma xarakteri daşıyır”.

APA-nın məlumatına görə, bu sözləri Rusiya XİN-in rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç deyib. O bildirib ki, Moskvanın Qərbi Biryulevo rayonunda baş vermiş hadisələrlə bağlı Rusiya hakimiyyət orqanlarının rəsmi şərhlərində və KİV-in xəbərlərində milli aspektə işarə vurulmayıb: “Cənab səfirin dedikləri bizdə təəccüb doğurdu. Bildirmək istəyirəm ki, Rusiya KİV-i və dövlət orqanları baş vermiş hadisə ilə əlaqədar milli münaqişəyə zəmin yaradacaq bəyanat səsləndirməyiblər. Rusiya dövlətinin müvafiq orqanları hər şeyi qanun çərçivəsində edirlər”.

A. Lukaşeviç Azərbaycanın Rusiyadakı səfirliyindən nota aldıqlarını təsdiqləyib: “Saxlanılan Azərbaycan vətəndaşına konsulluq dəstəyinin göstərilməsi tələbi ilə nota almışıq. Saxlanılan Azərbaycan vətəndaşı beynəlxalq razılaşmalar çərçivəsində notada tələb olunanlarla təmin olunacaq”.
Şərhlər
Siyasət bölməsinin xəbərləri