"Moschino" Azərbaycanın işğal edilmiş ərazilərində istehsalat planları barədə məlumatı təkzib edib
- 17.10.2013, 19:02,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Dünya şöhrətli "Moschino" brendi Ermənistan KİV-in Azərbaycanın işğal edilmiş ərazilərində istehsalat planları barədə yaydığı məlumatı təkzib edib. Trend-in məlumatına görə, bunu cümə axşamı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev jurnalistlərə deyib.
Onun sözlərinə görə, şirkətin Azərbaycanın işğal edilmiş ərazilərində istehsalat yaratmaq barədə planları olmayıb və indi də yoxdur: "Ermənistan KİV-də yayılan məlumat isə yalan və əsassızdır".
XİN rəsmisi deyib ki, bu barədə sirkət nümayəndələrinin Azərbaycanın İtaliyadakı səfirliyinə ünvanladığı cavab məktubunda deyilir.
Qeyd edək ki, bundan əvvəl səfirlik Ermənistan KİV-də yayılmış məlumatla əlaqədar şirkət rəhbərliyinə sorğu göndərmişdi.