Bakı-Qazax yolunda baş vermiş ağır yol qəzasında 3 nəfər xəsarət alıb
- 18.10.2013, 00:00,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı-Qazax magistral avtomobil yolunun 85-ci kilometrliyində, Qaradağ rayonu Ələt qəsəbəsi ərazisində yol-nəqliyyat qəzası baş verib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, hadisə yerinə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin Qaradağ rayonu Qobustan postu üzrə xilasedicilər cəlb olunub.
Hadisə yerinə baxış keçirilərkən məlum olub ki, 1955-ci il təvəllüdlü Əmirov Əliyar Lətif oğlunun idarə etdiyi "Ford" markalı 90-DL-560 dövlət nömrə nişanlı yük avtomobili ilə 1971-ci il təvəllüdlü Əsgərov Namiq Əhmədağa oğlunun idarə etdiyi "Honda" markalı 50-BU-678 dövlət nömrə nişanlı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində hər iki sürücü və bir sərnişin xəsarət alıb. Avtomobillərin ağır deformasiyaya uğraması nəticəsində, "Honda" markalı minik avtomobilinin sərnişini 1969-cu il təvəllüdlü Mehriban Əzimovanın ayaqları sıxılmış vəziyyətdə qalıb.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi xilasetmə alət və avadanlıqlar vasitəsilə sərnişini avtomobildən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil verərək xilas olunmasını təmin ediblər.