Bakıda yol polisi motosiklet sürücülərinə müraciət edib

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi motosiklet sürücülərinə müraciət edib.

İdarədən APA-ya verilən məlumata görə, son vaxtlar sürücülər tərəfindən standartlara uyğun olmayan, səs boğucu və əlavə avadanlıq quraşdırılan nəqliyyat vasitələrinin, xüsusilə motosikletlərin idarə olunması halları çoxalıb ki, onların da yaratdığı səs-küy paytaxt sakinlərinin və ictimaiyyətin haqlı narazılıqlarına zəmin yaradır.

Əhalinin çoxsaylı müraciətləri və təklifləri nəzərə alınaraq, motosiklet sürücülərinə saat 23:00-dan 08:00-a qədər motosikletlərdən istifadə etməmək tövsiyə olunur.
Şərhlər
Hadisə bölməsinin xəbərləri