Xatirə İslam bəyanat verdi
- 19.10.2013, 16:11,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
““ATV kanalının “Ümid var” verilişində oğlumla bağlı açıqlama verərkən “qara camaat məni səhv başa düşüb” ifadəsi işlətməyim neçə gündür mətbuatda hallandırılır və bunu xalqı təhqir kimi yozanlar var”
“Qafqazinfo” xəbər verir ki, bunu müğənni Xatirə İslam “Ümid var” verilişində işlətdiyi “qara camaat məni səhv başa düşüb” ifadəsi ilə bağlı açıqlamasında deyib.
“Öncə onu vurğulayım ki, mən Azərbaycan xalqını təhqir etməmişəm. Heç vaxt bu səhvə yol vermərəm. Xatirə İslam olaraq kiçikdən-böyüyə hər kəsə olan hörmətim göz önündədir.
Mən əslən qarabağlıyam və biz tərəfdə “qara camaat” ifadəsi sadə insanlar mənasında anlaşılır. Ona görə də bu ifadəm təhqir kimi yozulmamalıdır. Mənim anam, atam, bacım, qardaşım, həyat yoldaşım və mən də bu qəbildən olan insanlarıq. Mən özümü, nəslimi, kökümü “qara camaat” sayıram.
Özümü heç kimdən artıq saymıram. Mən də özümü sadə insanların bir nümayəndəsi hesab edirəm. Bütün bu söz-söhbətlər ara qatmaq, məni xalqın gözündən salmaq məqsədi daşıyır. Lakin məni heç nə qorxuda və gözdən sala bilməz. Çünki mən bu xalqın qızı və sənətçisiyəm, özümə layiq bilmədiyimi başqasına rəva görmərəm.
Övladıma gəlincə, onun doğum haqqında şəhadətnaməsini də ictimaiyyətə təqdim edəcəm. Baxıb görsünlər ki, orada Emil yazılıb, yoxsa Yusif. Guya mən hansısa verilişdə demişəm ki, övladımın adı Yusifdir. Bu, ağ yalandır!”