“Toppuş bacı”nın əri danışdı: Mən onu sevirəm
- 19.10.2013, 16:35,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“İzləyin, biləcəksiniz”.
Toppuş bacı kimi tanıdığımız əməkdar artist Tünzalə Əliyeva açıqlamaları ilə hər kəsi təəccübləndirməyi bacarıb.
Live.az xəbər verir ki, Tünzalə Əliyevanın boşanması barədə yayılan xəbərlərə Movqe.az vasitəsilə onun həyat yoldaşı Röyal Əliyev məsələyə aydınlıq gətirib:
“Xeyr, bu xəbər yalandır. Biz boşanmamışıq. Çox da xoşbəxt, firavan yaşayırıq. Siz sadəcə həmin verlişi izləyin, biləcəksiniz. Veriliş maraqlı alınsın deyə, anonsu elə yığıblar. Mən Tünzaləni sevirəm və biz boşanmamışıq”.
Məlumat üçün bildirək ki, “Space” telekanalının yeni layihəsi "Şou+” verlişinin anonsu zamanı tanınmış aktrisa ağlayaraq “biz artıq boşanmışıq”, “Bu evlilik saxta idi” kimi sözlər işlədib.