İngiltərə mətbuatı Aybəniz Haşımovadan yazdı

İngiltərə mətbuatı əməkdar artist Aybəniz Haşımova və gənc müğənni Aynişan Quliyeva haqda yazı dərc edib.


“Qafqazinfo”nun məlumatına görə, britaniyalı jurnalist Ian Fowell İngiltərənin rəsmi “Eurovision” saytında Aybəniz Haşımovanın sənətini yüksək qiymətləndrib: “Dostluq körpüsü çərçivəsində keçirilən növbəti konsert Azərbaycanda baş tutub. Konsertdə Azərbaycanda keçirilən “Eurovision” milli seçim turunun iştirakçıları Aynişan Quliyeva və Adil Baxışlı, Aynişanın anası Aybəniz Haşımova və Tacikistan müğənnisi Təhminə Niyazova çıxış edib. Aybəniz Haşımova vətənində sevilən və hörmət edilən müğənnidir. Onun qızı gənc müğənni Aynishan Quliyeva isə 2011-ci ildə Ell & Nikki ilə birlikdə “Eurovision” seçim turunda iştirak edib və finalist olub. Aynishan vətənində böyük bir ulduzdur və “Eurovision” qalibi olmağa iddialıdır”.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri