Oktyabrın 25-də türkiyəli aktrisa Beren Saatın son günlər medianın diqqətindən düşməyən “Benim dünyam" (Mənim dünyam) filminin Türkiyədə qala gecəsi keçiriləcək. Film sonra Bakıda da nümayiş olunacaq.
Live.az-ın ANS-ə istinadən verdiyi məlumata görə, noyabrın 15-dən etibarən Nizami Kino Mərkəzində göstəriləcək kinonun böyük qala gecəsi baş tutacaq. Gecəyə türk aktyorlarından bəzilərinin qatılması planlaşdırılır, kimlərin olacağı isə hələ dəqiqləşməyib.
Uğur Yücelin rejissorluq etdiyi ekran işində Beren Saat və Ayça Bingöl rol alıb. Filmdə Beren eşitmə və danışma qüsüru olan bir gənc qızı canlandıracaq.