Azərbaycanda hökumət istefaya getdi

Bu gün səhər Konstitusiya Məhkəməsi Azərbaycanda keçirilmiş 9 oktyabr prezident seçkisinin nəticələrini rəsmən təsdiqləyib, ardınca isə İlham Əliyevin andiçmə mərasimi keçirilib. Beləliklə İlham Əliyev 3-cü müddətə prezident səlahiyyətlərinin icrasına başlayıb.

Azərbaycan Konstitusiyasının 116-cı maddəsinə görə, yeni seçilmiş Azərbaycan Respublikasının prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti istefa verir.

Maddə 116. Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefası
Yeni seçilmiş Azərbaycan Respublikasının Prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinə istefa verir.

Bu isə o deməkdir ki, Baş nazir Artur Rasizadə də daxil olmaqla hökumət istefaya gedib. Prezident İlham Əliyev tezliklə yeni hökumət formalaşdıracaq.

ANS istefaya gedən hökumətin tərkibini təqdim edir.

Baş nazir Artur Rasizadə;

Baş nazirin 1-ci müavini Yaqub Eyyubov;
Baş nazirin müavini Abid Şərifov;
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov;
Baş nazirin müavini Elçin Əfəndiyev;

Daxili işlər naziri Ramil Usubov;
Müdafiə naziri Səfər Əbiyev;
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov;
Milli təhlükəsizlik naziri Eldar Mahmudov;
Müdafiə sənayesi naziri Yavər Camalov;
Ədliyyə naziri Fikrət Məmmədov;
Vergilər naziri Fazil Məmmədov;
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə;
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov;
Nəqliyyat naziri Ziya Məmmədov;
Maliyyə naziri Samir Şərifov;
Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov;
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov;
İqtisadi inkişaf naziri Şahin Mustafayev;
Xarici işlər naziri Elmar Məmmədyarov;
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov;
Kənd təsərrüfatı naziri İsmət Abasov;
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov;
Təhsil naziri Mikayıl Cabbarov;
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov;
Əmlak Məsələləri Komitəsinin sədri Kərəm Həsənov;
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev;
Gənclər və idman naziri Azad Rəhimov;
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov;
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev;
Səhiyə naziri Oqtay Şirəliyev;
Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov;
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov;
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov;
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova;
Sənaye və energetika naziri Natiq Əliyev;
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov;
Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev;
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı;
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov;
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov;
Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov;
Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Fuad Quliyev;
Dövlət Miqrasiya Xidmətinin rəisi Firidun Nəbiyev;
Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev;
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov;
Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev;
Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru İsgəndər Çəndirli.
Şərhlər
Siyasət bölməsinin xəbərləri