Oktyabrın 18-də, Azərbaycanın Müstəqillik Günündə Nyu-Yorkdakı Uoll-stritdə Azərbaycanın Dövlət Bayrağı qaldırılmışdır.
Nyu-Yorkda yaşayan Azərbaycanlılar Assosiasiyasını dəstəyi ilə təşkil edilmiş təntənəli mərasimdə Azərbaycanın ABŞ-dakı səfirliyinin və Azərbaycanın BMT-dəki diplomatik missiyasının nümayəndələri, ABŞ-da yaşayan azərbaycanlılar və türklər iştirak etmişlər.
Artıq bir neçə ildir ki, may ayında Respublika Günündə və oktyabr ayında Müstəqillik Günündə Uoll-stritdə Azərbaycan bayrağı qaldırılır.