"Tour d`Azerbaidjan" beynəlxalq velosiped turu başa çatdı

"Tour d`Azerbaidjan" beynəlxalq velosiped turu başa çatdı Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Tour d'Azerbaidjan" beynəlxalq velosiped turunun sonuncu - beşinci mərhələsi başa çatdı.

Azadlıq meydanından start götürən yarış iştirakçıları paytaxtın mərkəzi küçə və prospektlərini 12 dəfə dövrə vurublar. Marşrutun uzunluğu 144 kilometr olub.

"Synergy Baku Cycling Project"in velosipedçisi Konnor Makkonvi "Tour d`Azerbaidjan"ın dağ yolları üzrə qalibi olub.

Sprinter yarışlarında Azərbaycan komandasının idmançısı Kristof Şvaytser birinci olub.

Ümumi təsnifatda Sergey Qreçin ("Torku Şekerspor", Türkiyə") qalib olub. İkinci yeri Aleksandr Surutkoviç ("Synergy"), üçüncü yeri isə turun ən yaxşı gənc velosipedçisi seçilən Bəxtiyar Kojatayev (Qazaxıstan) tutub.

Komanda təsnifat cədvəlinə isə Portuqaliyanın "Efapel - Glassdrive" komandası başçılıq edib.

Elçin Əsədov ən yaxşı Azərbaycan velosipedçisi elan edilib.
Şərhlər
İdman bölməsinin xəbərləri