Zaqatala sakini intihar edib

Zaqatala rayonunda intihar olub.

Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Yuxarı Tala kəndində baş verib.

Kənd sakini, 1961-ci il təvəllüdlü Hacıyev Ömər Məhərrəm oğlu özünü yaşadığı evin həyətyanı sahəsində tikilmiş yardımçı tikilidə asaraq intihar edib.

Onun əsəb xəstəliyindən əziyyət çəkdiyi və Şəki Əsəb Xəstəlikləri Dispanserində qeydiyyatda olduğu bildirilir.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri