David Çalaqaniya: “Azərbaycan-Gürcüstan sərhədlərinin delimitasiyasına dair məsələləri heç bir gərginlik olmadan həll edilməlidir”
- 01.03.2013, 05:38,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Delimitasiya məsələsi çox vacib məqsəddir.
Mən bu sahədə fəaliyyətimizi davam etdirmək üçün Azərbaycan tərəfinin reaksiyasını gözləyirəm. Sonuncu dəfə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov ilə əlaqə yaradanda o mənə dedi ki, Azərbaycan tərəfi öz mövqeyini və təkliflərini müəyyənləşdirdikdən sonra bizə məlumat veriləcək”. Gürcüstan xarici işlər nazirinin müavini David Çalaqaniya Azərbaycan sərhədlərinin delimitasiyasına dair APA-nın sualını belə cavablandırıb.
“Bizim aramızda mübahisəli məsələlər yoxdur. Dövlətlər arasında administrasiya xətlərindən danışanda biz bütün imkanlarımızı effektli metodlarla həyata keçirmirik. Hər iki tərəfin də marağında olan sahələr var. Bu sahələrlə bağlı məsələlər tarixi və texniki düşüncələrə görə, hələlik öz həllini tapmayıb. Biz texniki tərəfin, yəni ekspertlərin təkliflərini gözləyirik. Bundan sonra nümayəndə heyətləri və həmsədrlər bu işə qoşulacaq və müzakirələr aparılacaq. Ancaq mənə elə gəlir ki, strateji tərəfdaşımız olan Azərbaycanla dövlətçilik baxımından məsuliyyətli olan məsələlərin həlli məsələsində çətinlik yoxdur və ola da bilməz”.
David Çalaqaniya Keşikçidağ məbədinin hər iki dövlətin maraqlarına səbəb olduğunu da bildirib: “Buraya məbədin kiçik bir hissəsini də aid etmək olar. Bu sahə Azərbaycanın sərhəd xəttində yerləşir. Bu məsələlərə çox ehtiyatla və məsuliyyətlə yanaşmaq lazımdır. Mən bütün bunları indi uca səslə deyə bilmərəm. Hələlik işçi qrupları çalışır. Bu məsələlər gizli deyil, heç bir gərginlik olmadan, peşəkarların iştirakı ilə həll olunmalıdır. Düşünürəm ki, iki tərəfin nümayəndə heyəti bu tapşırıqların həllinin öhdəsindən gələcək”.