Azərbaycan paytaxtında yeni piyada keçidləri tikilir

Bakı şəhərinin Ziya Bünyadov prospektində aparılan avtomobil yolunun yenidən qurulması işləri çərçivəsində 4 yerüstü piyada keçidinin tikintisi planlaşdırılır.

Artıq bununla əlaqədar inşaat işlərinə start verilib. Bu barədə APA-ya «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, piyadaların rahatlığını təmin etmək üçün Dərnəgül şosesi üzərindən 4 yerdə yerüstü keçidlər tikiləcək: «Hazırda burada bünövrələrin qazılması işləri aparılır. Yerüstü piyada keçidlərinin tikinti işlərinin 2014-cü ilin birinci rübündə yekunlaşdırılması planlaşdırılır».

Qeyd edək ki, yerüstü keçidlərdən biri Z.Bünyadov prospekti,118 ünvanında («Hyundai» avtoservisi qarşısında), ikincisi Z.Bünyadov prospekti,3023-cü məhəllə ünvanında («Azpetrol» YDM yaxınlığında), üçüncüsü Ələsgər Qayıbov küçəsi ilə Z.Bünyadov prospektinin kəsişməsində, dördüncüsü isə Aşqarlar Universiteti yaxınlığında inşa olunacaq.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri