"Toppuş bacı" boşanma xəbərinə aydınlıq gətirdi

Toppuş bacı kimi tanınan aktrisa Tünzalə Əliyeva ötən günlərin birində efirdə gedən verilişdə ailəsi barəsində gəzən söz-söhbətlərə açıqlama verib. Aktrisa onun ailəsinin saxta olduğunu deyənlərə sərt sözlər göndərib:

“Mənim ailəm saxtadır deyənlərin özləri, həyatları, başları saxtadır. Onlar saxtalıqla övlad sahibi olub, saxta münasibət qurublar.

Mənim ailəm saxta deyil! Şayiə gəzir ki, guya biz boşanmışıq. Hamısı yalandır. Həyat yoldaşım məni qısqanır. Amma biz bir yerdə xoşbəxtik”.

Tünzalə aparıcının “Nəyə heyfsilənirsiniz?” sualı qarşısında göz yaşlarını saxlaya bilməyib etiraf edib: “Deyirəm ki, kaş ki, həyat yoldaşım həyatıma tez gələrdi. Bu gözəllikləri çox yaşaya bilməyəcəyimdən qorxuram”.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri