Prezident İlham Əliyev ATƏT-in Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

Prezident İlham Əliyev ATƏT-in Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də ATƏT-in Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Suareşin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan ilə ATƏT-in Parlament Assambleyası arasında əlaqələrin uğurla inkişafından məmnunluq ifadə olundu.

Əməkdaşlığımızın perspektivlərinin müzakirə olunduğu görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş fikir mübadiləsi aparıldı.
Şərhlər
Siyasət bölməsinin xəbərləri