108 min manatı mənimsəməkdə şübhəli bilinən "AccessBank"ın əməkdaşı həbs olunub
- 21.10.2013, 21:48,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
«AccessBank» Qapalı Səhmdar Cəmiyyətində yol verilmiş qanun pozuntularına dair Baş Prokurorluğa daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ASC-nin «20 yanvar» filialında kredit mütəxəssisi vəzifəsində işləyən Kamal Fərəcovun, tanışları Vüqar Rəhimov və başqaları ilə qabaqcadan əlbir olub özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2009-2010-cu illərdə ümumilikdə 59 şəxsin adına cəmi 108.0 min manat məbləğində pul vəsaitini kredit şəklində götürərək ələ keçirmələrində şübhələr üçün əsaslar olduğundan fakta görə cinayət işi başlanılıb.
K.Fərəcov və V.Rəhimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq davam etdirilir.