Volqoqradda terror aktı nəticəsində yaralananlar arasında azərbaycanlı da olub
- 22.10.2013, 01:24,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiyanın Volqoqrad şəhərində törədilən terror aktı nəticəsində yaralananlar arasında azərbaycanlı da olub. APA-nın Rusiya bürosunun xəbərinə görə, bu barədə Volqoqrad vilayəti qubernatoru və hökumətinin rəsmi internet səhifəsində məlumat yer alıb.
Saytda yaralanan 28 nəfərin adları yerləşdirilib. Yaralılar arasında milliyyətcə azərbaycanlı, 1997-ci il təvəllüdlü Əliyev Nail Naib oğlunun olduğu bildirilir.
Qeyd edək ki, hadisə bu gün Moskva vaxtı ilə saat 14.45-də “Lesobaza” dayanacağı yaxınlığında baş verib. Partlayış nəticəsində 6 nəfər ölüb, 28 nəfər yaralanıb. “LiAZ” markalı avtobusda ümumilikdə 40-a yaxın adam olub.
Rusiya hüquq-mühafizə orqanları sərnişin avtobusunda baş vermiş partlayışın Mahaçqala sakini Naidə Asiyalovanın törətdiyi barədə məlumat yayıb.