Dövlət Bayrağı Günü münasibətilə qeyri-iş günlərinin sayı açıqlandı
- 22.10.2013, 02:20,
- Cəmiyyət / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Dövlət Bayrağı Günü münasibətilə noyabrın 9-u qeyri-iş günü elan edilib. Bu barədə Trend-ə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Noyabrın 9-u şənbə gününə düşdüyündən Azərbaycan vətəndaşları noyabrın 9, 10 və 11-i istirahət edəcəklər.
Noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilsə də, Əmək Məcəlləsinə əsasən, iş günü hesab olunacaq. Həmçinin Milli Dirçəliş Günü - noyabrın 17-si iş günü hesab edilir.
Qeyd edək ki, bir sıra təqvimlərdə bu tarixin qırmızı ilə işarələnməsi vətəndaşlar arasında çaşqınlıq yaradır.