Azərbaycanda anasını və qardaşı döyərək öldürən şəxsə hökm oxunub
- 22.10.2013, 13:28,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı Ağır Cinayətlər Məhkəməsində anasını və qardaşını döyərək öldürməkdə təqsirləndirilən Oleq Abışovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, O. Abışov ömürlük olaraq azadlıqdan məhrum edilib.
Qeyd edək ki, O. Abışov martın 12-si saat 22:20 radələrində Pirallahı qəsəbəsində anası Lidiya Abışova və qardaşı Yuri Abışov döyərək qətlə yetirib.
Xəzər Rayon Poli İdarəsinin Cinayət Axtarış Şöbəsi və 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törədən Oleq Abışov tutulub. O, bildirib ki, anasını və qardaşını fevralın 11-də döyərək öldürüb. Hadisəyə səbəb isə onların Oleqə spirtli içki almaq üçün pul verməmələri olub.