İran yeni pilotsuz təyyarə təqdim edəcək

İran yeni pilotsuz təyyarə təqdim edəcək Mayın yeddisində İran yerli istehsal məhsulu olan pilotsuz təyyarəni rəsmi olaraq təqdim edəcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi İranın müdafiə naziri Əhməd Vahidiyə istinadən "İSNA" agentliyi xəbər yayıb.

Məlumata görə, Vahidi vurğulayıb ki, pilotsuz uçan aparat iranlı mütəxəssislər tərəfindən yaradılıb və "Hamaseh" adlanır.

Nazir, həmçinin qeyd edib ki, yaxın gələcəkdə İran yeni raket buraxılış kompleksini nümayiş etdirəcək.
Şərhlər
Dünya bölməsinin xəbərləri