Azərbaycanda baş verən yol qəzasında ər və arvad ölüb, 12 yaşlı övladları isə ağır xəsarət alıb
- 22.10.2013, 13:29,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda baş verən yol qəzasında ər və arvad dünyasını dəyişib, övladı isə ağır xəsarət alıb.
Salyan Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, yol-nəqliyyat hadisəsi rayonun Yolüstü kəndində qeydə alınıb. 1942-ci il təvəllüdlü Qurban Qara oğlu Ağarzayevin idarə etdiyi “52-BG-932” dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobillə 1962-ci il təvəllüdlü Dünyamalı Ağalar oğlu Əmrəliyevin idarə etdiyi “50-BR-564” dövlət nömrə nişanlı “VAZ 21-06” markalı avtomobil toqquşub.
Qəza nəticəsində “VAZ 21-06” da olan 1972-ci il təvəllüdlü Ələddin Qadir oğlu Ağarzayev və həyat yoldaşı 1971-ci il təvəllüdlü Xanım Sultan qızı dünyasını dəyişib. Onların oğlu - 2001-ci il təvəllüdlü Abbas, 1971-ci il təvəllüdlü Gülarə Əliheydər qızı Abbasova, 1963-cü il təvəllüdlü Elmira Əliheydər qızı Abbasova ağır xəsarətlə xəstəxanaya yerləşdiriliblər.
Polisdən həmçinin bildirilib ki, “Hyundai” markalı avtomobilin sürücüsü qəzada ölən Ə. Ağarzayevin əmisidir.
Faktla bağlı araşdırma aparılır.