Vladimir Putin Biryulevo rayonunda baş verən məsələlərlə bağlı mövqeyini açıqlayıb

Vladimir Putin Biryulevo rayonunda baş verən məsələlərlə bağlı mövqeyini açıqlayıb Rusiya Prezidenti Vladimir Putin paytaxt Moskvanın Qərbi Biryulevo rayonunda baş verən məsələlərlə bağlı mövqeyini açıqlayıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, V.Putin Millətlərarası münasibətlər üzrə Şuranın iclasında çıxışı zamanı bildirib ki, millətlərarası münasibətlər zəminində ixtilaflar adətən yerlərdən başlayır və onların qarşısını vaxtında almaq lazımdır.

Rusiya Prezidentinin fikrincə, yerlərdə rəhbərlər təəssüf ki, çox vaxt kabinet işinə üstünlük verirlər. Bunun isə heç bir faydası yoxdur, ya da faydası çox azdır:
"Məsələn, Biryulevoda, sizin bildiyiniz kimi, sakinlərin narazılığı illərlə yığılıb qalıb. Polisə, yerli hakimiyyətə müraciətlər olub. Yerlərdəki vəziyyəti olduğu kimi öyrənmək istəməyən, insanları eşitməyən və hər hansı tədbir görməyən hakimiyyət nəyə lazımdır?!"
Şərhlər
Siyasət bölməsinin xəbərləri