Azərbaycanda diaqnostika mərkəzlərinin statusu müəyyənləşib
- 23.10.2013, 13:39,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Nazirlər Kabineti 2011-ci il 3 noyabr tarixli 182 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edilməsi barədə qərar verib.
APA-nın məlumatına görə, dəyişikliyə əsasən, Lənkəran, Şirvan, Qəbələ, Füzuli, Quba, Qazax, Bərdə, Cəlilabad, Zaqatala, Şamaxı müalicə diaqnostika mərkəzləri Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında büdcədən maliyyələşən müəssisələr bölməsinə salınıb.
Psixi Sağlamlıq Mərkəzi stasionar müəssisələr sırasına daxil edilib.
Gəncə Regional Perinatal Mərkəzi Gəncə Şəhər Səhiyyə İdarəsinin tabeliyinə verilib. Bundan başqa, Mərkəzi Neftçilər Xəstəxanası təsərrüfat hesablı tibb müəssisələri bölməsinə salınıb.