Səfər Əbiyev danışdı
- 23.10.2013, 13:49,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
On səkkiz ildən çox müdafiə naziri olmuş general polkovnik Səfər Əbiyev vəzifədən azad edildikdən sonra ilk dəfə açıqlama verib.
“Yenidən müdafiə naziri təyin olunmadınız. Bunu gözləyirdinizmi və necə qiymətləndirirsiniz” sualına Səfər Əbiyev belə cavab verib:
“Çox normal qiymətləndirirəm. Heç bir problem yoxdur”.
Qeyd edək ki, Səfər Əbiyev 1992-1995-ci illərdə Müdafiə Nazirliyi Baş Qərargah rəisinin birinci müavini, Baş Qərargah rəisi-müdafiə nazirinin birinci müavini, müdafiə naziri vəzifəsinin icraçısı, müdafiə nazirinin müavini vəzifələrində çalışıb.
1995-ci il fevralın 5-dən Azərbaycanın müdafiə naziri idi. O, bu postu general-polkovnik rütbəsində tərk edib.
Dünən axşam, oktyabrın 22-də Səfər Əbiyevin yerinə Zakir Həsənov müdafiə naziri təyin olunub.
Oxu.Az , Media Forum