Live.Az xəbər verir ki, müğənni “10lar” verilişində onunla rəqabət aparan sənətçiləri tənqid edib:
“Sənətdə sözünü demiş insanlar da mənimlə rəqabətdədirlər. İncəsənətin yaşı yoxdur, bundan sonra heç kimə ixtiyar vermirəm ki, sosial şəbəkədə şəklimin altından “Anasan, bu nə geyimdir geymisən?” yazsın. Sənə nə var?
Səni mənim mahnım maraqlandırsın, mən incəsənət adamıyam, açıq-saçıq geyim mənim üçün tikilir. Məni görəndə kənardan qaçan əməkdar artistlər var guya salam vermirlər ki, mənlə küsülüdürlər.
Ajda Pekkan gələndə birinin “duxu” çatdı ki, deməyə ay qız 76 yaşın var, bodidə gəzirsən. Əməkdar artistlər az qalırdılar başlarını sinəsinə qoyub yatsınlar. Mənə heç kim deyə bilməz ki, mən gəlirəm, sən gedirsən. Yetmiş yaşımda bodi geyinib gəzəcəm”.