Novxanı bağlarında ailə cinayəti: qardaş qardaşının qatilinə çevrildi

Daxili İşlər Nazirliyi dünən Sumqayıt şəhəri Novxanı bağlar sahəsində baş verən ailə dramı ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən ANS-ə verilən əmlumata görə, Rəşad Seyfəddinov ailə münaqişəsi zəminində qardaşı Tamerlanı cəkiçlə vuraraq qətlə yetirib.

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Seyfəddinov tutulub.

______________


Ötən gün Sumqayıt şəhəri ərazisində, Novxanı bağlarında baş verən cinayətlə bağlı Sumqayıt Şəhər Prokurorluğu açıqlama yayıb.

Şəhər Prokurorluğundan ANS-ə verilən məlumata görə, Rəşad Oqtay oğlu Seyfəddinov qardaşı Tamerlanı çıxsaylı bıçaq zərbələri ilə bıçaqlayıb. Tamerlanın meyiti hüquq-mühafizə orqanları tərəfindən tapılıb. Meyit tibbi ekspertizadan keçirilib.

35 yaşlı Rəşad Seyfəddinovun qardaşı 37 yaşlı Tamerlanı öldürməsinə qardaşlar arasında yaranan mübahisə səbəb olub. İlkin məlumata görə, Rəşad qardaşının anasını döydüyü üçün öldürüb.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri