Sabirabadda ev yandı, 2 yaşlı uşaq öldü

Sabirabadda yaşayış evi yanıb. ANS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə rayonun Quruzma kəndində (rayon mərkəzindən 31 km aralı) qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan, 3 otaq və aynabənddən ibarət birmərtəbəli evin yanar konstruksiyaları (evin tavanı və döşəməsi qamışdan və taxta konstruksiyalardan ibarətdir) yanıb. Yanğın zamanı ev sahibinin həyat yoldaşı yanıq xəsarəti alıb və xəstəxanaya aparılıb.

Evdə olan 2 azyaşlı yanğınsöndürənlər çatana kimi vətəndaşlar tərəfindən xilas edilib. Yanğın saat 13:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibinin nəvəsi, 2011-ci il təvəllüdlü Sahilə Ceyhun qızı Xəlilzadənin cəsədi aşkar olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri