Serj Sarkisyana kazinoda pul uduzması barədə sual ünvanlayan müxalifətçi deputat AŞPA-dakı nümayəndə heyətindən çıxarılıb
- 24.10.2013, 01:17,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ermənistanın “İrs” Partiyasının deputatı, Avropa Şurası Parlament Assambleyasında Serj Sarkisyana kazinoda pul uduzması barədə sual ünvanlayan Zarui Postancyan ölkənin AŞPA-dakı nümayəndə heyətindən çıxarılıb.
APA-nın Ermənistan xəbər saytlarına istinadən verdiyi məlumata görə, bunu nümayəndə heyətinin rəhbəri David Arutunyan açıqlayıb. O bildirib ki, Z. Postancyan parlament sədrinin bu qərarına etiraz edə bilər, lakin bu etirazın bir nəticəsi olmayacaq, çünki bu qərar AŞPA-nın tələblərinə zidd deyil. Z. Postancyanı “Orinats Yerkir” Partiyasının nümayəndəsi əvəz edəcək.
Xatırladaq ki, Z. Postancyan S. Sarkisyanın AŞPA-dakı çıxışından sonra ona Avropa ölkələrinin birində kazinoda 70 milyon avro pul uduzması barədə informasiyaların doğru olub-olmadığı haqda sual ünvanlayıb.