Bakıda Beynəlxalq Caz Festivalının açılışı olub
- 24.10.2013, 01:23,
- Mədəniyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Oktyabrın 23-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı ilə keçirilən Beynəlxalq Caz Festivalının açılışı mərasimi olub. APA-nın məlumatına görə, festivalın açılış mərasimində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, dünyanın müxtəlif ölkələrindən gələn caz ifaçıları və qonaqlar iştirak edib. Festivala qatılan qonaqlar arasında məşhur fransız aktyoru Jerar Depardye də olub.
J.Depardye mətbuata açıqlamasında bildirib ki, Bakıda keçirilən Beynəlxalq Caz festivalında iştirak etməkdən məmnundur: "Mən cazı Bakıda sevdim".
Bakı artıq 11-ci dəfədir beynəlxalq caz festivalına ev sahiblik edir. Bu dəfə festivalın açılışını Joşua Redman edib.
Festival çərçivəsində Heydər Əliyev Sarayı, Beynəlxalq Muğam Mərkəzi və Caz Mərkəzində dünya şöhrətli musiqiçilər - Joşua Redman, Kenni Qarret, Avişai Kohen, Markus Miller, Kristof Çex və başqalarının çıxışları olacaq. Festival günlərində azərbaycanlı ifaçılar - Salman Qəmbərov, Emil Əfrasiyab, Mircavad Cəfərov və başqa caz musiqiçiləri solo proqramlarla çıxış edəcək.