ABŞ-ın xüsusi xidmət orqanları Almaniya kansleri Angela Merkelin telefonunu dinlənilə bilərdi

ABŞ-ın xüsusi xidmət orqanları Almaniya kansleri Angela Merkelin telefonunu dinlənilə bilərdi Almaniyanın məlumatına görə, kansler Angela Merkelin mobil telefonu ABŞ xüsusi xidmət orqanları tərəfindən dinlənilə bilərdi. Trend RİA Novosti agentliyinə istinadən, bu barədə Frans Press agentliyi çərşənbə günü xəbər verir.


"Kansler bu gün ABŞ prezidenti Barak Obamaya zəng edib və bu cür hərəkətləri birmənalı şəkildə pisləyib. Əgər bu məlumat öz təsdiqini taparsa bu tamamilə qəbuledilməzdir," - Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybertin bəyanatında deyilir.


ABŞ Prezidenti Barak Obama Almaniya kansleri Angela Merkeli əmin edib ki, ABŞ xüsusi xidmət orqanları onun telefon danışıqlarına qulaq asmayıblar, Ağ evin rəsmi nümayəndəsi Cey Karni brifinqdə bəyan edib.
Şərhlər
Dünya bölməsinin xəbərləri