“Tümen-Bakı” qatarının bomba olduğu ehtimal edilən vaqonunda həşiş aşkarlanıb

“Tümen-Bakı” qatarından bombanın olması ehtimalı ilə ayrılan vaqonda partlayıcı yox, həşiş aşkarlanıb. APA-nın məlumatına görə, bu barədə “RİA Novosti” məlumat yayıb.

“İstehkamçılar vaqonda partlayıcı qurğunun olduğunu təsdiqləmədilər. Paketdə həşiş olub”, deyə mənbə agentliyə bildirib.

Qeyd edək ki, oktyabrın 24-də qatar Dağıstanın Dərbənd şəhərində gömrük-sərhəd nəzarətindən keçirilərkən vaqonların birində partlayıcı qurğuya bənzər əşya aşkarlanıb. Qatar əhatəyə alınaraq nəzarətə götürülüb, sərnişinlər təxliyə edilib. Bombaya bənzər əşyanın aşkarlandığı vaqon “Tümen-Bakı” sərnişin qatarından ayrılıb, qatarın özü isə qalan vaqonlarla Bakıya yola salınıb. Hadisə yerinə istehkamçılar və mütəxəssislər cəlb olunub.
Şərhlər
Hadisə bölməsinin xəbərləri