Bu yaxınlarda 30 yaşı tamam olan aparıcı İlkin Həsəni şəxsi həyatından danışıb.
İlkin ATV telekanalında yayımlanan “Onlar” verilişinə açıqlamasında gələn il nikah masasına oturacağını bildirib:
“Bu günə kimi deyirdim, hələ 20 yaşım var, evlənəcəm də. Artıq 30 oldu, bundan sonra qaça bilməyəcəm. Mütləq evlənməliyəm. İnşallah, tezliklə ailə quraram, yaxşı ailə başçısı olaram, övladlarım dünyaya gələr”.
İlkin ötən il evlənəcəyi ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib:
“Ötənilki vədlər, şəxsi həyat başqa idi. İndi müəyyən dəyişikliklər oldu. Hazırda çox namizədlər var. Sadəcə götür-qoy edib, aralarından birini seçmək lazımdır”.