Yaponiya sahillərində 7,3 bal gücündə zəlzələ baş verib, sunami təhlükəsi var

Yaponiya sahillərindən şərqdə 7,3 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend "Reuters" agentliyinə istinadən məlumat verir.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələnin episentri Yaponiya sahillərindən 320 km-dən çox məsafədə, ocağı isə 10 km dərinlikdədir.

Yaponiya meteoroloqları yaxın dəqiqələrdə Fukusima prefekturasının sahillərində mümkün sunami təhlükəsi barədə xəbərdarlıq edirlər.
Şərhlər
Dünya bölməsinin xəbərləri