8 il sonra tapılan cəsəd

Fransada 8 il əvvəl intihar etmiş kişinin cəsədi bu günlərdə tapılıb.


Məlumata görə, Tomas Ngin adlı kişi 8 il əvvəl borcları olduğu üçün evini banka satıb. Bank nəzdində saxlanılan ev isə bir müddət əvvəl başqa bir fransız vətəndaşına satılıb. Evi alan şəxs bir neçə gün əvvəl aldığı evə baxmaq istəyib. O evin qapısını açdığı zaman tavandan asılmış cəsədlə qarşılaşıb. Hadisə yerinə gələn polislərin apardıqları araşdırmadan sonra məlum olub ki, Tomas 8 il əvvəl intihar edib. Ölməzdən bir neçə ay əvvəl bütün qohumları ilə əlaqəsini kəsib. Məhz bu səbəbdən də çətin vəziyyətə düşüb. Borcları çox olduğu üçün intihar edib. Qonşular da onun başqa yerə köçüb getdiyini düşünüblər.


Bu günlərdə tapılan cəsəd fransız mediasındakı ən önəmli məsələlərdən birinə çevrilib. Bir çoxları qonşuların cəsəd qoxusu hiss etməməsini təəccüblə qarşılayır. Qonşular isə işdə olduqları üçün hiss etmədiklərini deyirlər.
Şərhlər
Dünya bölməsinin xəbərləri