Azərbaycanda bu il baş verən fövqəladə hadisələrin statistikası açıqlanıb

Azərbaycanda bu ilin 9 ayında baş verən fövqəladə hadisələrin statistikası açıqlanıb.


APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadın verdiyi məlumata görə, 2013-cü ilin 9 ayı ərzində respublika ərazisində 18 partlayış hadisəsi baş verib ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 4 hadisə və ya 29% çoxdur. Partlayışlar zamanı 4 nəfər ölüb, 17 nəfər xəsarət alıb.



Cari ilin 9 ayı ərzində respublikada baş verən yanğınların aradan qaldırılması üçün 7208 çıxış olub. Yanğın hadisələri zamanı 45 nəfər dünyasını dəyişib, 57 nəfər xəsarət alıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə 1 nəfər və ya 2% çox, xəsarət alanlar üzrə isə 5 nəfər və ya 8% azdır.


Bundan başqa, bu il respublika ərazisində 7333 təbii və texnogen mənşəli hadisə baş verib. Bu, 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 683 hadisə və ya 10% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 56 nəfər həlak olub, 81 nəfər xəsarət alıb.



Nazirliyin xilasediciləri tərəfindən 6 nəfər xilas edilib, 63 nəfər təxliyə olunub.
Şərhlər
Hadisə bölməsinin xəbərləri