Fransa prezidenti Fransua Olland İlham Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edib

Fransa prezidenti Fransua Olland İlham Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edib Fransa prezidenti Fransua Olland Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.


APA-nın məlumatına görə, məktubda deyilir: “Hörmətli cənab Prezident!



Azərbaycan dövlətinin başçısı vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi təbrik edir və yeni mandatınızın icrasında müvəffəqiyyətlər arzulayıram.



Ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsinə sadiq qalaraq siyasi, iqtisadi, mədəni və təhsil sahələrində əməkdaşlığımızın inkişaf etməsini arzulayıram.



Eyni zamanda, noyabr ayının 29-da Vilnüsdə keçiriləcək Şərq Tərəfdaşlığı Zirvə Görüşündə müzakirə mövzusu olan Azərbaycan ilə Avropa İttifaqı arasında yaxınlaşmanı diqqətdə saxlamanızı alqışlayıram.



Həmçinin Sizi əmin edirəm ki, Fransa Minsk qrupunun həmsədri kimi uzun müddətdir davam edən Dağlıq Qarabağ münaqişəsinin ədalətli və sülh yolu ilə həllinə dəstək verməyə qərarlıdır.



Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
Şərhlər
Siyasət bölməsinin xəbərləri