Əli Həsənov: Azərbaycanın böyük çətinliyi ondan ibarətdir ki, tranzit narkotiklərin çoxu işğal olunmuş ərazilərdən keçir

"Narkotiklərin tranziti bütün dünyanın rastlaşdığı bir problemdir. Lakin Azərbaycanın böyük çətinliyi ondan ibarətdir ki, tranzit narkotiklərin çoxu işğal olunmuş ərazilərdən keçir". Trend-in məlumatına görə, bunu jurnalistlərə Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri, Baş nazirin müavini Əli Həsənov deyib.

Baş nazirin müavini bildirib ki, Azərbaycan nə qədər sürətlə inkişaf edirsə, təbii ki, yükdaşımaların dövriyyəsi də artır.

"Beynəlxalq layihələr nə qədər çox icra edilirsə, Azərbaycana giriş-çıxış çoxalır. Turistlərin sayı artır. Bunların hamısı dünya narkobiznesi üçün ərazidən tranzit kimi istifadə etməyə şərait yaradır. Lakin biz öz işimizi gücləndirmişik. Bütün dövlət qurumları bu tranzitin qarşısının alınması üçün bu istiqamətdə səfərbər olublar. Lakin bizim böyük çətinliyimiz ondan ibarətdir ki, tranzit narkotiklərin çoxu işqal olunmuş ərazilərdən keçir. Biz də həmin ərazilərə nəzarət edə bilmirik".
Şərhlər
Hadisə bölməsinin xəbərləri