Gürcüstanda keçirilmiş prezident seçkilərinin ilkin nəticılərinə görə Georgi Marqvelaşvili irəlidədir
- 28.10.2013, 02:05,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Gürcüstanda prezident seçkiləri başa çatıb. APA-nın xəbərinə görə, seçkilərlə bağlı keçirilən exit-polların nəticələrinə görə, seçkilərdə birinciliyi “Gürcü arzusu” koalisiyanın namizədi Georgi Marqvelaşvili qazanıb.
“Vahid Milli Hərəkat”ın namizədi David Bakradze ikinci, “Demokratik hərəkat – vahid Gürcüstan” Partiyasının sədri Nino Burcanadze isə üçüncü yerdə qərarlaşıb.
Artıq David Bakradze Georgi Marqvelaşvilini təbrik edib. N. Burcanadze isə seçkilərdə saxtakarlığa yol verildiyi barədə bəyanatla çıxış edib.