Qaçqın və məcburi köçkünlərin qəsəbələrinin idarə edilməsi qaydası müəyyənləşib
- 28.10.2013, 12:25,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Nazirlər Kabineti “Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturunda dəyişikliklər edilməsi haqqında” 2007-ci il 1 mart tarixli 47 nömrəli qərarında dəyişikliklər edib.
APA-nın məlumatına görə, dəyişikliyə əsasən, 2008-2010-cu illərdə məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları və 2011-ci ildə istismara qəbul ediləcək yaşayış məntəqələrinin yerləşdiyi şəhər və rayonlar üzrə mənzil-kommunal istismar sahələri yaradılması və Dövlət Komitəsinin nəzdindəki Mənzil İstismar Departamentinin tabeliyində yeni yaradılacaq mənzil-kommunal istismar sahələrinin fəaliyyətinin təşkili 2011-ci ilin dövlət büdcəsində Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə «Mənzil və kommunal təsərrüfatı» bölməsi üzrə nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilməsi barədə müddəalar ləğv edilib.
Bundan sonra seçilmiş idarəedici təşkilatla idarəetmə müqaviləsi bağlananadək dövlətin mülkiyyətində olan qaçqın və məcburi köçkün statusuna malik şəxslərin müvəqqəti yerləşdiyi çoxmənzilli binaların, yaşayış qəsəbələrinin idarə edilməsi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki mənzil-kommunal istismar sahələri tərəfindən həyata keçiriləcək.