Dövlət Gömrük Komitəsi: Azərbaycan-Rusiya sərhədində vəziyyət normaldır

Dövlət Gömrük Komitəsi: Azərbaycan-Rusiya sərhədində vəziyyət normaldır Rusiyada baş verən son olaylara baxmayaraq, Azərbaycan bu ölkə ilə sərhəddə gömrük xidmətinin işini əvvəlki qayda ilə davam etdirir.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib: «Həmin hadisələrlə bağlı ölkəyə qayıdanların olması, bu sahədə canlanmanın yaranması mümkündür. Amma bu işə Dövlət Sərhəd Qoşunları nəzarət edir».

Komitə sədri əlavə edib ki, ümumilikdə, hazırda Azərbaycan-Rusiya sərhədində vəziyyət normaldır və bütün işlər öz qaydası ilə davam etdirilir.

«Rusiyada baş verən son olayla bağlı heç bir xüsusi qaydalar tətbiq olunmur», - deyə A.Əliyev vurğulayıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri