Azərbaycan İranla sərhəddə Xudafərin keçid məntəqəsini bərpa etmək istəyir

Azərbaycan İranla sərhəddə Xudafərin keçid məntəqəsini bərpa etmək istəyir Azərbaycan tərəfi İranla sərhəddə Araz çayı üzərindən Xudafərin keçid məntəqəsini bərpa etmək istəyir.

Artıq İranla bu istiqamətdə danışıqlar aparılır.

APA-nın xəbər verdiyi kimi, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib: «Azərbaycan bu məntəqənin bərpa olunmasının tərəfdarıdır».

«Bu planın təşəbbüskarı Azərbaycan tərəfidir. Sadəcə olaraq, bunun reallaşması üçün hər iki ölkənin razılığı olmalıdır. Hələlik bir nəticə yoxdur, ancaq danışıqlar davam etdirilir», - deyə A.Əliyev qeyd edib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri