Azərbaycanda 5-dən çox uşağı olan ailələrə hər bir uşağa görə müavinət veriləcək

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında "Sosial müavinətlər haqqında" qanuna əlavə və dəyişiklik müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, layihə barədə Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verərək bildirib ki, layihə çoxuşaqlı ailələrə müavinətlərin verilməsi ilə bağlıdır.

Əlavə və dəyişikliklərə əsasən, 5-dən çox uşağı olan ailələrə hər bir uşağa görə ayrıca müavinət veriləcək. Müavinət 1 yaşından (1 yaşı tamam olduqdan sonra) 18 yaşına qədər olan uşaqlara veriləcək. Uşağın 18 yaşı tamam olduqda müavinətin verilməsi dayandırılacaq. Layihə səsə qoyularaq qəbul olunub.
Şərhlər
Sosial bölməsinin xəbərləri