Bakıda puldaşıyana hücum edib ölümcül yaraladılar

Bakı şəhərində tanınmış şirkətin inkassatoruna hücum olub. Suraxanı rayonu ərazisində inkassator bıçaqlanaraq külli miqdarda pul aparılıb.

Naməlum şəxslər “Ailə TV” kabel televiziyasının əməkdaşı Əbülfət İmanova Hövsan qəsəbəsi ərazisində hücum ediblər. Ötən gün gecə saatlarında evə qayıdan Ə.İmanovun qarşısını kəsən naməlum şəxslər bıçaqla ona iki zərbə vuraraq 2925 manat pulunu götürərək qaçıblar. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirlib.

Suraxanı Rayon Polis İdarəsindən bildirildi ki, şirkət əməkdaşına qarşı quldurluq edən şəxslər tutulmayıblar. Hazırda quldurların tutulması istiqamətində iş aparılır.

Şirkətin mətbuat xidmətindən bildirildi ki, hucuma məruz qalan Ə.İmanov filiallardan birinin əməkdaşıdır.



milli.az
Şərhlər
Hadisə bölməsinin xəbərləri